1. Tərəflərin öhdəlikləri:
Mərkəzin öhdəlikləri:
Dərsləri təsdiq olunmuş proqram əsasında təşkil etmək;
Dərslərin keyfiyyətini artırmaq məqsədilə sorğuların təşkili;
Tədris prosesi barədə valideynlərə mütəmadi(aylıq) məlumat vermək;
Dərslərin valideynlər tərəfindən istənilən saatda izlənilməsi üçün (canlı və ya kamera ola bilər) şərait yaratmaq.
Valideyn öhdəlikləri:
Övladının ev tapşırıqlarına ayırdığı müddətə nəzarət
Müəyyən olunmuş aylıq ödənişi vaxtında həyata keçirmək (hər ayın əvvəli);
Şagirdin davamiyyətinə və nizam-intizamına dəstək göstərmək;
Zəruri hallarda müəllimlə əməkdaşlıq etmək;
2. Digər şərtlər
Şagirdin dərslərə davamiyyətinə görə ödənişdə güzəşt edilmir.
Bayram tətilləri (Yeni il, Novruz və s.) mərkəzimiz tərəfindən qeyd edilir və şagirdlərə qısa (1-2 dərslik) tətillər verilir
1) Şagirdin dərsə gecikməməsinə diqqət edək
2) Dərsə qoşulan şagirdin olmalıdır:
a) Şəkilləri göstərilən iki kitab (materialın nəşrinin önəmi yoxdur, test toplusu 2025 olmalıdır)
b) Dəftər və qələm
3) Sinifə enerji içkiləri, fastfood, chips və s. kimi zərərli bildiyimiz qidaların daxil olması qadağandır!
Sinifdəki kameraya valideynlər tərəfindən qoşulma qaydaları:
1) Telefonlarınızda Google Play və ya App Store vasitəsilə EZVIZ tətbiqini yükləyin.
2) Orada özünüzə hesab yaradın. Hesab mobil nömrə və ya e-mail vasitəsilə ola bilər.
3) Hesab yaratdıqdan sonra qeydiyyatdan keçdiyiniz e-mail və ya telefon nömrəsini mənə şəxsidən yazın ki, sizi sistemə əlavə edim.