Kiçik mühəndislər - Robotika klubu
4–7 yaşlı uşaqlar üçün əyləncəli və inkişafyönümlü STEAM əsaslı konstruksiya və texnoloji düşüncə dərsləri artıq birbaşa bağçanızda!
🟦 Bu dərslər uşaqlara nə qazandırır?
🔹 Düşünmə və məntiq bacarıqları
Hər model müəyyən ardıcıllıqla qurulduğu üçün uşaqlar düşünərək addım-addım düzgün yolu tapmağa çalışırlar. Bu proses məntiqi əlaqələri anlamalarına, səbəb–nəticə prinsipini qavramalarına və analitik düşünmələrinin güclənməsinə şərait yaradır.
🔹 Əl bacarıqları və koordinasiya
Kiçik konstruksiya hissələri ilə işləmək uşaqlarda barmaq motorikasını, əllə-gözü koordinasiya etmə bacarığını və diqqəti xeyli artırır. Bu bacarıqlar həm ümumi inkişaf, həm də gələcək yazı və digər incə motorika fəaliyyətləri üçün çox önəmlidir.
🔹 Problemlərin həlli bacarığı
Modelin hərəkət etməsi üçün uşaqlar “nəyi necə etməliyəm?” sualına cavab axtarır, plan qurur, sınayır və müxtəlif həll yolları tapırlar. Təkrar cəhd etmə, düzgün variantı tapma və nəticə çıxarma bacarıqları formalaşır.
🔹 Sosial və ünsiyyət bacarıqları
Dərslər zamanı uşaqlar cütlər və ya kiçik qruplar halında işləyirlər. Bir-birinə kömək etmək, fikir bildirmək, modeli birlikdə tamamlamaq kimi fəaliyyətlər ünsiyyət, əməkdaşlıq, qarşılıqlı hörmət və komanda ruhunu gücləndirir.
🧒 Kimlər üçün uyğundur?
👶 4–7 yaş arası uşaqlar
🏫 Bağçalar və məktəbəqədər qruplar
📚 Dərslərin quruluşu
✔ Müəllimlərimiz birbaşa bağçaya gəlir
✔ Bütün materiallar və vəsaitlər tərəfimizdən təmin olunur
✔ Hər dərsdə tam yeni model və yeni fəaliyyət
✔ Aylıq foto/video reportlar valideynlərlə bölüşülür
✔ Dərslər 100% oyun əsaslıdır və uşaqların yaşına uyğunlaşdırılıb
🎯 Akademiyanın məqsədi
Uşaqlarda mühəndislik düşüncəsini, yaradıcılığı və texnologiyaya marağı erkən yaşdan formalaşdırmaq