Onlayn qrup: 2-ci gün 17:30, 4-cü gün 17:30
Müəllim haqqında:
Kamran Əsgərov - İnformatika, robotexnika və proqramlaşdırma sahəsində 9 illik tədris təcrübəm var. Həmçinin DİM qəbul proqramı üzrə 5 ildə 500-dən artıq abituriyentə informatika tədris etmişəm.
Şagirdlərimlə birlikdə Azərbaycan, ABŞ, Estoniya, Tayland Krallığı, Rumıniya, İngiltərə, Qazaxıstan və Türkiyədə keçirilən beynəlxalq olimpiadalarda iştirak etmiş, ölkəmizə 300-dən çox medal qazandırmışıq. Haqqımda daha ətraflı tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.
Dərslərimiz haqqında:
Onlayn dərslərə 18 avqust 2026-cı il tarixində başlayacağıq. Bu dərslər həftədə 2 dəfə (90 dəqiqə olmaqla) təşkil ediləcəkdir.
Valideyn məlumatlandırılması:
Hər ayın sonu valideynlərə övladları ilə bağlı hesabat təqdim edilir. Bu hesabatda, şagirdə keçilən mövzular, onun mənimsəməsi, imtahan nəticələri, dərsə davamiyyəti, gecikmələr, ev tapşırıqlarının vəziyyəti, motivasiyası və digər vəziyyəti haqqında məlumat verilir. Əgər şagirdin akademik və sosial vəziyyəti ilə əlaqədar çox ciddi məsələ varsa, valideynlə dərhal əlaqə saxlanılır.
Şagird nailiyyətinin ölçülməsi və qiymətləndirilməsi:
Şagirdlərə tədris edilən mövzuların mənimsənilməsinin yoxlanılması ilə əlaqədar vaxtaşırı sınaqlar və imtahanlar təşkil edilir. İmtahandan sonra sualları tək-tək analiz edərək, həllində çətinlik çəkilən suallar izah edilir. İmtahandan sonra, nəticələrin mövzular üzrə analizi aparılaraq, şagirdlərin çətinlik çəkdiyi mövzular təyin edilir. Buna uyğun əlavə dərslər təşkil edilir və həmin şagirdlər əlavələrə cəlb edilir.
Təhsil haqqı:
Onlayn dərslər üzrə aylıq təhsil haqqı 60 AZN-dir. Təhsil haqqı ayın əvvəlində ödənilir.
Platforma:
Dərslər Google Meet platforması üzərindən aparılır.