A qrupu: 1-ci gün 17:00, 4-cü gün 17:00
B qrupu: 1-ci gün 18:30, 4-cü gün 18:30
C qrupu: 2-ci gün 17:00, 5-ci gün 17:00
D qrupu: 2-ci gün 18:30, 5-ci gün 18:30
Müəllim haqqında:
Kamran Əsgərov - İnformatika, robotexnika və proqramlaşdırma sahəsində 9 illik tədris təcrübəm var.
Şagirdlərimlə birlikdə Azərbaycan, ABŞ, Estoniya, Tayland Krallığı, Rumıniya, İngiltərə, Qazaxıstan və Türkiyədə keçirilən beynəlxalq olimpiadalarda iştirak etmiş, ölkəmizə 300-dən çox medal qazandırmışıq. Haqqımda daha ətraflı tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.
Dərslərimiz haqqında:
Həftədə 2 dəfə (90 dəqiqə olmaqla) informatika dərsləri təşkil edilir. Əgər şagird qrupla ayaqlaşmaqda çətinlik çəkirsə, dərsdən əlavə olaraq təkrar mövzu izahlarına dəvət edilir.
Valideyn məlumatlandırılması:
Hər ayın sonu valideynlərə övladları ilə bağlı hesabat təqdim edilir. Bu hesabatda, şagirdə keçilən mövzular, onun mənimsəməsi, imtahan nəticələri, dərsə davamiyyəti, gecikmələr, ev tapşırıqlarının vəziyyəti, motivasiyası və digər vəziyyəti haqqında məlumat verilir. Əgər şagirdin akademik və sosial vəziyyəti ilə əlaqədar çox ciddi məsələ varsa, valideynlə dərhal əlaqə saxlanılır.
Kamera nəzarəti:
Valideynlər onlara verilən hesablar vasitəsilə istənilən zaman dərslərə qoşularaq canlı izləyə bilir.
Şagird nailiyyətinin ölçülməsi və qiymətləndirilməsi:
Şagirdlərə tədris edilən mövzuların mənimsənilməsinin yoxlanılması ilə əlaqədar vaxtaşırı sınaqlar və imtahanlar təşkil edilir. İmtahandan sonra sualları tək-tək analiz edərək, həllində çətinlik çəkilən suallar izah edilir. İmtahandan sonra, nəticələrin mövzular üzrə analizi aparılaraq, şagirdlərin çətinlik çəkdiyi mövzular təyin edilir. Buna uyğun əlavə dərslər təşkil edilir və həmin şagirdlər əlavələrə cəlb edilir.
Təhsil haqqı:
Aylıq təhsil haqqı 120 AZN-dir. Təhsil haqqı ayın əvvəlində ödənilir.
Ünvan:
Bakıxanov qəsəbəsi, Park Plyus, 2-ci mərtəbə
Dərslərə qeydiyyat üçün Qeydiyyat düyməsinə daxil olaraq və ya səhifənin aşağısındakı formanı dolduraraq məlumatları təqdim etməlisiniz.