Dərsə yeni başlayan şagirdlər və valideynləri mütləq təlimatla tanış olmalıdır.
Dərslərimiz 24 avqust 2026-cı il tarixində başlayır.
Dərsə qoşulan şagirdin olmalıdır:
Şəkilləri göstərilən 2 kitab
Dəftər və qələm
1. Tərəflərin öhdəlikləri:
Mərkəzin öhdəlikləri:
Dərsləri təsdiq olunmuş proqram əsasında təşkil etmək;
Dərslərin keyfiyyətini artırmaq məqsədilə sorğuların təşkili;
Tədris prosesi barədə valideynlərə mütəmadi(aylıq) məlumat vermək;
Dərslərin valideynlər tərəfindən istənilən saatda izlənilməsi üçün (canlı və ya kamera ola bilər) şərait yaratmaq.
Valideyn öhdəlikləri:
Övladının ev tapşırıqlarına ayırdığı müddətə nəzarət;
Müəyyən olunmuş aylıq ödənişi vaxtında həyata keçirmək (hər ayın əvvəli);
Şagirdin davamiyyətinə və nizam-intizamına dəstək göstərmək;
Zəruri hallarda müəllimlə əməkdaşlıq etmək;
Şagird öhdəlikləri:
Dərslərə hazırlıqlı və vaxtında gəlmək;
Tədris mühitinin qorunması məqsədilə sinfə enerji içkiləri, fast food, çips və digər zərərli qidalar gətirməmək;
Dərslərə gecikməmək və dərs bitməmiş sinfi tərk etməmək (bütün gecikmələr və erkən çıxışlar qeydiyyata alınır);
Sinfə daxil olarkən mobil telefonunu müəllim tərəfindən ayrılmış xüsusi sahəyə təhvil vermək;
Müəllimin təlimatlarına əməl etmək və dərs prosesində fəal iştirak etmək;
Sinif otağına və tədris avadanlıqlarına məsuliyyətlə yanaşmaq;
Müəllimlərə və digər şagirdlərə qarşı nəzakətli və hörmətli davranmaq.
2. Digər razılaşmalar:
Şagirdin dərslərdə iştirak etməməsi və ya davamiyyətinin pozulması ödənişdə güzəşt üçün əsas hesab edilmir.
Şagird akademik ay ərzində dərslərini dayandırdığı təqdirdə, həmin ay üzrə ödənilmiş təhsil haqqı geri qaytarılmır.
Mərkəzimizdə rəsmi bayram günləri (Yeni il, Novruz və s.) nəzərə alınır. Bu dövrlərdə tədris prosesinə uyğun olaraq şagirdlərə 1–2 dərslik qısa tətil verilə bilər.
Sinifdəki kameraya valideynlər tərəfindən qoşulma qaydaları:
1) Telefonlarınızda Google Play və ya App Store vasitəsilə EZVIZ tətbiqini yükləyin.
2) Orada özünüzə hesab yaradın. Hesab mobil nömrə və ya e-mail vasitəsilə ola bilər.
3) Hesab yaratdıqdan sonra qeydiyyatdan keçdiyiniz e-mail və ya telefon nömrəsini bizə şəxsidən yazın ki, sizi sistemə əlavə edək.