A qrupu: 1-ci gün 17:00, 4-cü gün 17:00 - Kamran Əsgərov
B qrupu: 1-ci gün 18:30, 4-cü gün 18:30 - Kamran Əsgərov
C qrupu: 2-ci gün 17:00, 5-ci gün 17:00 - Kamran Əsgərov
D qrupu: 2-ci gün 18:30, 5-ci gün 18:30 - Kamran Əsgərov
E qrupu: 3-cü gün 15:00, 6-cı gün 15:00 - Əminə Məmmədzadə
Müəllim haqqında:
Kamran Əsgərov - informatika, robotexnika və proqramlaşdırma dərslərinin tədrisi üzrə 8 illik iş təcrübəsi var. Ölkədaxili və Beynəlxalq olimpiadalarda (ABŞ, Estoniya, Tayland Krallığı, Rumıniya, İngiltərə, Qazaxıstan, Türkiyə) şagirdləri ilə birgə iştirak etmiş və ölkəmizə 300-dən artıq medal qazandırmışdır. Müəllim haqqında ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.
Dərslərimiz haqqında:
Həftədə 2 dəfə (90 dəqiqə olmaqla) informatika dərsləri təşkil edilir. Əgər şagird qrupla ayaqlaşmaqda çətinlik çəkirsə, dərsdən əlavə olaraq təkrarlalara dəvət edilir. Ümumilikdə 16 əsas mövzu var və sentyabr ayından başlayaraq iyun ayına qədər mövzular yekunlaşdırılır.
Valideyn məlumatlandırılması:
Hər ayın sonu valideynlərə övladları ilə bağlı hesabat təqdim edilir. Bu hesabatda, şagirdə keçilən mövzular, onun mənimsəməsi, imtahan nəticələri, dərsə davamiyyəti, gecikmələr, ev tapşırıqlarının vəziyyəti və psixoloji vəziyyəti haqqında məlumat verilir. Əgər şagirdin akademik və sosial vəziyyəti ilə əlaqədar çox ciddi məsələ varsa, valideynlə dərhal əlaqə saxlanılır.
Kamera nəzarəti:
Valideynlər onlara verilən hesablar vasitəsilə istənilən zaman dərslərə qoşularaq canlı izləyə bilir.
Şagird nailiyyətinin ölçülməsi və qiymətləndirilməsi:
Şagirdlərə tədris edilən mövzuların mənimsənilməsinin yoxlanılması ilə əlaqədar vaxtaşırı sınaqlar və imtahanlar təşkil edilir. İmtahandan sonra sualları tək-tək analiz edərək, həllində çətinlik çəkilən suallar izah edilir. Valideynə verilən hesabatda imtahan nəticələri mütləq şəkildə qeyd edilir. Həmçinin imtahandan sonra, nəticələrin mövzular üzrə analizi aparılaraq, şagirdlərin çətinlik çəkdiyi mövzular təyin edilir. Buna uyğun əlavə dərslər təşkil edilir və həmin şagirdlər əlavələrə cəlb edilir.
Təhsil haqqı:
Aylıq təhsil haqqı A-B-C-D qrupları üçün 120 AZN, E qrupu üçün 100 AZN-dir. Təhsil haqqı ayın əvvəlində ödənilir.
Dərslərə qeydiyyat üçün Qeydiyyat düyməsinə daxil olaraq və ya səhifənin aşağısındakı formanı dolduraraq məlumatları təqdim etməlisiniz.